Rusiya SQ-nin Baş Qərargah rəisinin müavini saxlanıldı
23 May 2024 11:06 DünyaRusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin saxlanılıb.
Olaylar bildirir ki, Silahlı Qüvvələrin Rabitə Baş İdarəsinin rəisi vəzifəsini də daşıyan generalın evində dələduzluq iddiası ilə bağlı cinayət işi üzrə axtarış aparılıb.
Nəticələrə əsasən, Vadim Şamarin dindirilmək üçün Rusiya Federasiyası İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinə aparılıb. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31