Moskva vilayətində hosteldə yanğın - 6 nəfər öldü

Moskva vilayətində hosteldə yanğın baş verib.

Olaylar bildirir ki, yanğın nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yanğın bu gün səhər saat dörd radələrində Moskva vilayətinin İstra şəhərinin Padikovo kəndində baş verib. Yanğının sahəsi 80 kvadrat metr olub.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının söndürülməsi zamanı 6 nəfərin meyitini aşkarlayıblar.

Hazırda ölənlərin şəxsiyyəti dəqiqləşdirilir. Daha iki nəfər xəstəxanaya yerləşdirilib. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31