Tornadodan son anda xilas oldular: ABŞ-dən qorxulu GÖRÜNTÜLƏR - FOTO

ABŞ-nin Ayova ştatında tornado tüğyan edir. Təbii fəlakət evlərin damını uçurub, ağacları kökündən çıxarıb, həmçinin infrastruktura zərər vurub.

Olaylar bildirir ki, sosial şəbəkələrdə bununla bağlı çoxlu kadrlar yayılıb.

Videoların birində burulğanlı tornadonun külək generatorlarını məhv etməsi əks olunub. Sonra qasırğa kənardan bu hadisəni qeydə alan sürücülərə doğru istiqamət götürüb. Kadrlarda sürücülərin təhlükədən son anda canlarını qurtardığı əks olunub. (oxu.az)

 Digər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31