Paşinyan: KTMT-nin iki ölkəsi Qarabağda müharibəyə hazırlıqda iştirak edib- ÖZƏL

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ən azı iki ölkəsinin Qarabağda İrəvana qarşı hərbi əməliyyatların hazırlanmasında iştirak edib. 

Olaylar.az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan qeyd edib. 

Xatırladaq ki, KTMT-yə Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

"Müttəfiqlərimiz 2020-ci ildə 44 günlük müharibəyə hazırlıqda iştirak etməyib. Mən ən azı iki KTMT ölkəsini tanıyıram ki, bizə qarşı müharibənin hazırlanmasında iştirak edib", - Paşinyan bildirib.

O, onu da bildirib ki, bu ölkələr Ermənistana yardım etmək imitasiyasını yaradıblar. Paşinyan vurğulayıb ki, hazırda oxşar təhlükələr ölkənin Azərbaycanla sərhədinin delimitasiyası sayəsində aradan qaldırılır.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistanın 2024-cü ilin sonuna kimi Avropa İttifaqına üzv olmağa hazır olduğunu bəyan edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31