Kremldən Fransaya xəbərdarlıq: Cavab siyasi olmayacaq!
22 May 2024 13:07 DünyaFransa qoşunları Ukrayna ərazisinə göndərilərsə, Rusiyanın cavabı təkcə siyasi müstəvidə olmayacaq.
Olaylar xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Birinci Avropa departamentinin rəhbəri Artyom Studennikov deyib.
"Aydındır ki, belə bir ssenari reallaşarsa, cavab tədbirləri siyasi müstəvidən çox kənarda olacaq. Bu barədə Fransa tərəfinə dəfələrlə birbaşa xəbərdarlıq edilib. Fransa Prezidenti Emmanuel Makronun sərt ritorikası Parisin NATO müttəfiqləri tərəfindən dəstəklənmir", - o bildirib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31