Casusluqda ittiham olunan hərbçi ölü tapıldı

İngiltərədə Honq-Konq casusu olmaqda ittiham edilən keçmiş donanma üzvü meyiti tapılıb. 

Olaylar xəbər verir ki, Honq-Konq kəşfiyyat xidmətinin agenti olmaqda günahlandırılan Britaniya Kral Donanmasının keçmiş üzvü və Daxili İşlər Nazirliyinin immiqrasiya idarəsinin əməkdaşı Metyu Triket parkda ölü tapılıb.

37 yaşlı Metyu Triket paytaxt Londonun qərbində yerləşən Maidenhead qəsəbəsində yaşayırmış. Onun ölümü ilə bağlı cinayət işi açılıb,  araşdırmalar aparılır.  (unikal)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31