Erpenbek “Kairos” romanına görə Beynəlxalq Buker Mükafatına layiq görülüb - ÖZƏL

Olaylar.az xəbər verir ki, alman yazıçı Cenni Erpenbek "Kairos" romanına görə 2024-cü il Beynəlxalq Buker Mükafatını qazandığını münsiflərə sədrlik edən kanadalı yazıçı Eleanor Vaxtel Londonda keçirilən mərasimdə bildirib.
57 yaşlı Erpenbek 50.000 funt sterlinq mükafatını tərcüməçi Maykl Hofman ilə bölüşdürəcək.
Kitab 1980-ci illərin Şərqi Berlinindəki dolaşıq sevgi macərasından bəhs edir.
"Bu, böyük bir sevginin və onun çürüməsinin şəxsi hekayəsidir, eyni zamanda bütöv bir siyasi sistemin dağılmasının hekayəsidir. Sadə dillə desək: Başlanğıcda düzgün görünən bir şey necə yanlış bir şeyə çevrilə bilər?" Erpenbek bu barədə Booker Prizes saytında məlumat verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31