İrlandiya Fələstin dövlətini tanıdığını elan edəcək - ÖZƏL

Olaylar.az xəbər verir ki, İrlandiya hökuməti Fələstin ərazilərinin müstəqil dövlət kimi tanındığını elan edəcək.

İrlandiyanın Baş naziri Saymon Harris və Xarici İşlər və Müdafiə Naziri Micheal Martin çərşənbə günü səhərə planlaşdırılan mətbuat brifinqində təşəbbüsü elan edəcəklər.
Aprelin sonunda Aİ-nin xarici siyasət üzrə komissarı Josep Borrell bildirib ki, may ayının sonuna qədər bir neçə Aİ ölkəsi Fələstin dövlətini tanıyacaq. İndiyədək Birləşmiş Millətlər Təşkilatına (BMT) üzv olan 193 ölkədən 143-ü, o cümlədən Rusiya Fələstinin müstəqilliyini tanıyıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31