İsrail bu ölkələrdəki səfirlərini geri çağırdı

İsrail İrlandiya və Norveçdəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Olaylar xəbər verir ki, bu barədə məlumatı İsrailin xarici işlər naziri İsrael Kaç öz "X" hesabında paylaşıb. 

Məlumata görə, buna səbəb həmin ölkələrin Fələstin dövlətini tanımaq barədə qərarları olub. 

Xatırladaq ki, Norveçin Baş naziri Yonas Qar Störe ölkəsinin Fələstini suveren dövlət olaraq tanıdığını bəyan edib. "Politico"nun məlumatına görə isə, bu gün İrlandiya və İspaniya da analoji qərarı açıqlayacaqlar. (qafqazinfo)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31