Rusiyada koronavirusun yeni ştamına yoluxma aşkarlandı
22 May 2024 11:27 DünyaRusiyada koronavirusun yeni "FliRT" ştamına yoluxma qeydə alınıb.
Olaylar xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti ("Rospotrebnadzor") yayıb.
Məlumata görə, monitorinq dövrü ərzində sözügedən ştama 178 yoluxma aşkarlanıb.
Qurum yeni ştamların əvvəlki digər növlərlə müqayisədə böyük təhlükə daşımadığını vurğulayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, artıq 14 Avropa ölkəsində, eləcə də İsraildə "FliRT" ştamına yoluxma qeydə alınıb. Koronavirusun bu variantının əlamətləri arasında qızdırma, öskürək, burun tıxanıqlığı və yaxud axması, boğaz ağrısı, dad və qoxu itkisi var. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31