Aİ oğurluğu xarici siyasət aləti statusuna çatdırır — ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın Aİ-dəki daimi nümayəndəsi vəzifəsini icra edən Kirill Loqvinov bildirib ki, Brüssel Rusiya aktivlərindən əldə edilən gəlirlərin müsadirəsi ilə bağlı qərar qəbul etməklə oğurluğu öz xarici siyasətinin aləti statusuna çatdırıb.
"Özünü məhv etmək yoluna möhkəm qədəm qoyan Aİ mübaliğəsiz beynəlxalq valyuta-maliyyə münasibətləri, eləcə də özünün inteqrasiyası tarixində yeni səhifə açdı. Aİ qəsdən görünməmiş bir addıma - xarici dövlətin suveren aktivlərinin oğurlanmasına əl atdı. Bu, Avropa dəyərlərinin və Qərbin tətbiq etdiyi qaydalara əsaslanan nizamın əslində nə olduğunun bariz nümunəsidir" - o, deyib.
Elçinin sözlərinə görə, indiki halda "Rusiya Bankının qeyri-qanuni bloklanmış aktivlərindən əldə edilən gəlirlərlə maxinasiyalar" üçün hansısa "hüquqi baza" belə qaydalardan birinə çevrilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31