Ukraynanın Dnepropetrovsk vilayətində infrastruktur obyekti zədələnib - ÖZƏL

Ukraynanın cənub-şərqindəki Dnepropetrovsk vilayətində infrastruktur obyektinə ziyan dəyib.

Olaylar.az xəbər verir ki, bunu vilayət administrasiyasının rəhbəri Sergey Lısak bildirib.
"İnfrastruktur obyekti və elektrik xətti zədələnib" - o, deyib.
Ukraynanın şərqindəki Xarkov şəhərində partlayışlar baş verib. Bundan əvvəl Xarkov vilayətində hava hücumu sirenləri işə düşüb.
Bu arada Ukraynanın Sumı vilayətinin hakimiyyət orqanları enerji obyektlərinə ziyan dəydiyini, bunun nəticəsində Sumı şəhəri və bir sıra qonşu rayonları işıqsız qoyub. "Ukrenerqo" enerji şirkəti enerji təchizatının bərpası istiqamətində işlərin aparıldığını bildirib. Ötən gecə Sumı hərbi administrasiyası Konotop və Şostkada enerji obyektlərinə ziyan vurduğunu bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31