ABŞ Britaniyaya iki bombardmançı göndərdi
22 May 2024 10:06 DünyaABŞ təlimlər üçün planlaşdırılan yerləşdirmə çərçivəsində Böyük Britaniyaya iki "B-52 Stratofortress" bombardmançısı göndərib.
Olaylar xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi, general Patrik Rayder bildirib.
"Bu təyyarələr NATO müttəfiqləri və regional tərəfdaşlarla birlikdə təlim və əməliyyat tədbirləri keçirmək üçün çoxsaylı imkanlar açacaq", - deyə general qeyd edib.
Pentaqon rəsmisi həmçinin vurğulayıb ki, ABŞ NATO təlimləri çərçivəsində mütəmadi olaraq öz bombardmançılarını Avropaya göndərir. (axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31