Şahbaz Şərif Rəisi ilə vidalaşmaq üçün İrana səfər edəcək
22 May 2024 09:59 DünyaPakistanın Baş naziri Şahbaz Şərif İran xalqına başsağlığı vermək və təyyarə qəzasında həlak olan prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir-Abdullahian və digər rəsmilər ilə rəsmi vida mərasimində iştirak etmək üçün İrana səfər edəcək.
Olaylar xəbər verir ki, bu barədə Pakistanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
Şərif mayın 22-də İrana gedəcək. O həmçinin İranın ruhani lideri Ayətullah Əli Xamenei və prezident səlahiyyətlərini icra edən Məhəmməd Möhbərlə görüşlər keçirəcək.
Qeyd edək ki, ötən gün İbrahim Rəisinin dəfn mərasiminin mayın 23-də doğulduğu Məşhəd şəhərində keçiriləcəyi açıqlanmışdı. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31