Mask ABŞ-ın Ukraynada demokratiyanı müdafiə etdiyinə şübhə edir- ÖZƏL

Amerikalı iş adamı Elon Mask istehza ilə sual edib ki, Vladimir Zelenskinin səlahiyyət müddəti bitdikdən sonra Amerika Birləşmiş Ştatları Ukraynada guya "demokratiyanın müdafiəsində" hansı rol oynayır.

"Ancaq mən demokratiyanı müdafiə etmək üçün orada olduğumuzu düşünürdüm?" 

Olaylar.az xəbər verir ki, Mask, X sosial şəbəkəsində Ukraynadakı hərbi vəziyyətə görə prezident seçkilərini ləğv edən Zelenskinin səlahiyyət müddətinin başa çatması ilə bağlı yazıya cavab olaraq soruşub. 

Xatırladaq ki, 2024-cü il mayın 20-də Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin səlahiyyət müddəti başa çatıb. Bu o deməkdir ki, Zelenski Ukraynanın qeyri-legitim prezidenti olub.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, mayın 20-dən sonra Ukrayna prezidenti Vladimir Zelenskinin legitimliyi ilə bağlı suala Ukraynanın siyasi və hüquqi sistemi, o cümlədən Konstitusiya Məhkəməsi cavab verməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31