Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların əsl məqsədi- ÖZƏL

Ukrayna və Moldovanın Avropa Birliyinə daxil olması ilə bağlı qarşıdan gələn danışıqlar bu dövlətlər üçün yalnız sakitləşdirici sessiya olacaq. 

Olaylar.az xəbər verir ki, bu sözləri politoloq Yuri Svetov "Moskva Region Today" internet nəşrinə müsahibəsində deyib.

Svetovun sözlərinə görə, ölkənin münaqişə vəziyyətində olduğu bir vaxtda Ukraynanın Avropa Birliyinə qəbul olunması şansı yoxdur. Vladimir Zelenskinin beş illik dövlət idarəçiliyi üçün təqdim edə biləcəyi yeganə nəticə ölkənin guya Aİ-yə qoşulmaq ərəfəsində olmasıdır.

"Bu söhbətlər Ukrayna və Moldova üçün sadəcə psixoterapiya seansıdır. Onlar arxayındırlar ki, uşaqlar, ümidinizi itirməyin, nə vaxtsa biz sizi qəbul edəcəyik, amma onlar sizi qəbul etməyəcəklər", - mütəxəssis vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31