Simonyan və Stefançuk Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdi
21 May 2024 20:19 DünyaErmənistan parlamentinin sədri Alen Simonyan Kiyev tərəfinin təşəbbüsü ilə Ukrayna Ali Radasının sədri Ruslan Stefançukla telefon danışığı aparıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.
Tərəflər iki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparıb, Cənubi Qafqaz və Ukraynadakı vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31