Hindistanda dəhşətli partlayış - VİDEO

Hindistanda pirotexniki vasitələr hazırlanan fabrikdə partlayışla nəticələnən yanğın baş verib.

Olaylar.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı qorxulu görüntülər yayılıb.

İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb.

Yerli polisin məlumatına görə, partlayışa pirotexniki vasitələr anbarında qaynaq işləri zamanı yaranan qığılcımlar səbəb ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31