Parlament erməni kilsəsinin vergiyə cəlb olunmasını müzakirə edə bilər

Ermənistan parlamenti yaxın vaxtlarda Erməni Apostol Kilsəsinin vergi sahəsinə daxil edilməsi məsələsini müzakirə etmək təklif olunur.

Olaylar bildirir ki, bu fikri parlamentin spikeri Alen Simonyan səsləndirib.

"Duyğularımızla, tariximizlə oynamağı artıq dayandırın. Və artıq siyasətlə məşğul ola-ola, diasporadan pul yığıb, şam, coca-cola, şərab satıb, restoranlara sahib olaraq, vergi ödəməməyi dayandırın...Mən başa düşmək istəyirəm ki, əli öpülən din xadimi nə üçün orduya patron alan, vergi ödəyən adi biznesmendən üstün olmalıdır. Mənim üçün iri vergi ödəyiciləri ən vacib adamlardır. Onlar Ermənistanın təhlükəsizliyini maliyyələşdirir. (APA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31