İranın Dini Ekspertlər Şurasına yeni sədr seçildi
21 May 2024 16:24 Dünyaİranın Dini Ekspertlər Şurasına ayətullah Mohadi Kermani sədr seçilib.
Olaylar xəbər verir ki, məlumatı İranın "Mehr" agentliyi yayıb.
Bildirilib ki, onun lehinə Şuranın 55 üzvü səs verib. Şuranın daxili reqlamentinə əsasən, Mohadi Kermani iki il müddətinə quruma sədrlik edəcək.
Bu il martın 1-də Şuraya seçkilər keçirilib. Bu qurumu ölkənin ali rəhbər və rəhbərliyi seçir. Şuranın 88 üzvü var.
Qeyd edək ki, ondan əvvəl bu quruma ayətullah 98 yaşlı Əhməd Cənnəti sədrlik edib. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31