BMT-nin bayrağı da yarıya endirildi
21 May 2024 15:05 DünyaBirləşmiş Millətlər Təşkilatının bayrağı helikopter qəzasında həlak olan Ayətullah İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinə görə yarıya endirilib.
Olaylar xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
"İran İslam Respublikasının şəhid olmuş prezidenti, xarici işlər naziri və digər hava qəzasında şəhid olanların şərəfinə Birləşmiş Millətlər Təşkilatının bayrağı yarıya endirilib və üzv ölkələrin bayraqları götürülüb", - məlumatda deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31