Rusiya Qəzzadakı bütün humanitar işçilərin ölümü ilə bağlı araşdırma aparmağa çağırır - ÖZƏL
21 May 2024 13:04 DünyaOlaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirib ki, Rusiya BMT-nin baş katibi Antonio Quterreşin Qəzzada humanitar işçilərin hər ölümünü araşdırmaq çağırışını dəstəkləyir.
"Biz İsraildən beynəlxalq humanitar hüququn müddəalarına ciddi əməl olunmasını tələb edirik, BMT personalına və yerdə çalışan humanitar heyətə hücumları pisləyirik və baş katibin yardım edənlərin bütün ölümləri ilə bağlı beynəlxalq və müstəqil araşdırma aparılması çağırışını dəstəkləyirik", - Nebenzya BMT Təhlükəsizlik Şurasının Rəfah şəhərindəki vəziyyətə həsr olunmuş iclasında deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31