Fitsonun son durumu açıqlandı
21 May 2024 11:46 DünyaSlovakiyanın Baş naziri Robert Fitsonun vəziyyəti sui-qəsd cəhdindən sonra yaxşılaşır.
Olaylar xəbər verir ki, bu barədə hökumət başçısının müalicə olunduğu "Ruzvelt" xəstəxanasının mətbuat xidməti məlumat yayıb.
"Həkim komissiyasının bugünkü iclasından sonra xəstənin vəziyyətinin stabil olduğunu bildirə bilərik. Onun kliniki vəziyyəti yaxşılaşır, danışır və iltihab göstəriciləri getdikcə azalır", - məlumatda deyilir.
Qeyd olunur ki, Fitso tibbi nəzarət altında qalmağa davam edəcək. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31