Minskdə güclü yağış: metronu su basdı - VİDEO
21 May 2024 11:41 DünyaMayın 20-də Minskdə güclü yağış yağıb.
Olaylar.az bildirir ki, leysan nəticəsində bir neçə küçəni, metronun "Ploşad Lenina" stansiyasını, ticarət mərkəzi və kafeləri su basıb.
Minsk metrosunun mətbuat xidmətindən verilən məlumata görə, güclü yağış səbəbindən metronun "Ploşad Lenina" stansiyasının tağlarından su sızıb. Metropoliten əməkdaşlarının fövqəladə vəziyyətin aradan qaldırılması üçün tədbirlər gördüyü vurğulanıb.
Həmçinin, Tolstoy və Moskva küçələrinin kəsişməsi, eləcə də "Galileo" ticarət mərkəzi su altında qalıb. (oxu.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31