Rusiyanın BMT-dəki nümayəndəsi dünya ictimaiyyətini ABŞ və İsrailə təzyiq göstərməyə çağırıb - ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT-dəki nümayəndəsi Vasili Nebenzya bildirib ki, Qəzzada hərbi əməliyyatların davam etdiyi bir vaxtda beynəlxalq ictimaiyyət İsrailə və onun əsas müttəfiqi ABŞ-a təzyiq göstərməyə davam etməlidir.

"Belə şəraitdə beynəlxalq ictimaiyyət həm Qərbi Qüdsə, həm də onun əsas müttəfiqi Vaşinqtona təzyiq göstərməyə davam etməlidir" - o, BMT Təhlükəsizlik Şurasının Rəfahdakı vəziyyətə həsr olunmuş iclasında deyib.

Nebenzyanın fikrincə, münaqişənin diplomatik müstəviyə keçmə şansı "tutmaz görünür".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31