Çində qadın ibtidai məktəbdə dəhşət saçdı: 2 ölü,10 yaralı - FOTO

Çində bir qadın ibtidai məktəbə bıçaqla hücum çəkib, ölən və yaralananlar var.

Olaylar xəbər verir ki, qorxunc hadisə Minde şəhərində olub.

Hadisə nəticəsində iki nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Həlak olanlar arasında uşaqların olub-olmadığı hələlik məlum deyil.

Şübhəlinin 45 yaşlı qadın olduğu qeyd edilir, o, polis tərəfindən saxlanılıb. Hadisə ilə bağlı araşdırma aparılır. (oxu.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31