Borrell: "Bütün ölkələr BCM qərarlarına əməl etməyə borcludur"
21 May 2024 09:46 DünyaBeynəlxalq Cinayət Məhkəməsinin (BCM) nizamnaməsini ratifikasiya etmiş bütün dövlətlər onun qərarlarını yerinə yetirməyə borcludurlar.
Olaylar bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell deyib.
"BCM Prokurorunun Yəhya Sinvar, Məhəmməd Deif, İsmayıl Haniyə, Benyamin Netanyahu və Yoav Qallantın həbsinə order vermək qərarını nəzərə alıram", - diplomat vurğulayıb.
Diplomat vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin mandatı beynəlxalq hüquq çərçivəsində ən ağır cinayətləri təqib etməkdən ibarətdir.
"BCM-in nizamnaməsini ratifikasiya edən bütün dövlətlər məhkəmənin qərarlarına əməl etməyə borcludurlar", - Borell əlavə edib. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31