Rəisini daşıyan helikopterdəki bir nəfər qəzadan sonra 1 saat sağ qalıb - FOTO

İran prezidenti İbrahim Rəisinin də olduğu helikopter dağlarda qəzaya uğradıqdan sonra Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli Ale Haşem bir saata yaxın sağ qalıb. 

Olaylar.az lent.az-a istinadən bildirir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"O, helikopter qəzasından sonra bir saat ərzində sağ olub və hətta prezident administrasiyasının rəhbəri Qulamhüseyn İsmailiyə də zəng edib", - məlumatda vurğulanır.

Məhəmməd Əli Ale Haşem

Xatırladaq ki, İranda helikopter qəzası mayın 19-da baş verib. İlkin məlumatlara görə, İran dövlətinin başçısı İbrahim Rəisi də daxil olmaqla 8 nəfər həlak olub.

Yüksək rütbəli məmurların dəfn mərasimi mayın 21-də olacaq. İranda hadisə ilə bağlı beş günlük matəm elan edilib.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31