İranda qəzada ölən valinin yerinə TƏYİNAT

Şərqi Azərbaycan əyalətinin valisi Malik Rəhmətinin helikopter qəzasında ölməsindən sonra onun yerinə yeni vali təyinatı olub.

Olaylar.az publika.az-a istinadən xəbər verir ki, bu barədə İran Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Turab Məhəmmədi bu vəzifəyə gətirilib. Bu barədə daxili işlər naziri Əhməd Vahidinin mayın 20-də Təbrizə gəlişindən sonra keçirilən iclasda qərar verilib.

Qeyd edək ki, Turab Məhəmmədi bundan əvvəl keçmiş vali Malik Rəhmətinin siyasi məsələlər üzrə müavini olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31