Hindistanda dəhşətli qəza - 18 nəfər ölüb
20 May 2024 19:15 DünyaHindistanın mərkəzi hissəsində yerləşən Çxattisqarx ştatında pikap tipli avtomobilin dərəyə düşməsi nəticəsində azı 18 nəfər ölüb, 4 nəfər yaralanıb.
Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.
Pikapın sərnişinləri tendu yarpaqlarını yığdıqdan sonra meşədən qayıdırmışlar. Avtomobil yoldan çıxaraq dərəyə düşüb.
"On iki qadın və bir kişi yerindəcə ölüb. Daha 9 nəfər yaralanıb və xəstəxanaya aparılıb. Beş qadın xəstəxanada ölüb", - yerli polisin sözçüsü Abxişek Pallava jurnalistlərə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31