Helikopter qəzası: genetik ekspertiza aparılacaq?
20 May 2024 14:40 Dünyaİran Prezidenti İbrahim Rəisinin helikopterində həlak olanların şəxsiyyətinin müəyyənləşdirilməsi üçün genetik ekspertiza aparılmayacaq.
Olaylar xəbər verir ki, bu sözləri İranın Fövqəladə Hallar Təşkilatının rəhbəri Məhəmməd Həsən Nami deyib.
"Həlak olanların cəsədlərinin yanmasına baxmayaraq, xilasedicilər onların şəxsiyyətini müəyyənləşdirərək təcili tibbi yardım briqadalarına təhvil veriblər", - deyə Məhəmməd Həsən Nami bildirib.
Onun sözlərinə görə, aviaqəzada həlak olanların cəsədləri Təbriz şəhərinə çatdırılıb. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31