Rusiya qoşunları Çasov Yarın şərqində Ukraynanın döyüş qrupunu məhv edib - ÖZƏL
20 May 2024 13:43 DünyaRusiya qoşunları Donetsk Xalq Respublikasının (DXR) şərqində Çasov Yarda Ukrayna döyüş qrupunu məhv edib və şəhərin bir hissəsi boz zonadadır.
Olaylar.az xəbər verir ki, bunu DXR-in müdafiə dairələrinin sözçüsü bildirib.
"Deyə bilərik ki, "Çasov Yar"ın şərq hissəsi boz zonadadır. Əslində, orada düşmənin heç bir döyüş qrupu qalmayıb. Bəziləri geri çəkilə bilib, digərləri isə məhv edilib", - sözçü bildirib.
Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin və artilleriyasının intensiv zərbələrinə baxmayaraq, Ukrayna ordusu hələ də ehtiyatları şəhərin şərq hissəsinə yerləşdirməyə çalışır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31