Azərbaycanın dünya dövlətləri ilə əlaqələrin dairəsi günü-gündən genişlənir- ÖZƏL
20 May 2024 13:39 Dünya"Bu gün aydın şəkildə görünür ki, cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən Azərbaycanın beynəlxalq aləmdə digər dövlətlər ilə əlaqələrin formalaşdırılmasında apardığı diplomatiya strategiyası uğurlu dostluq və qardaşlıq münasibətlərinə gətirib çıxarıb". "Olaylar" xəbər verir ki, bunu YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov deyib: "Bu siyasət digər dövlətlərlə uğurlu dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin bünövrəsini təşkil edir. Elə bu səbəbdəndir ki, Azərbaycanın istər regional, istərsə də beynəlxalq səviyyədə digər dövlətlərlə qurduğu qarşılıqlı və çoxtərəfli əməkdaşlığa əsaslanan əlaqələrin dairəsi günü-gündən genişlənir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31