Rusiya NATO təlimçilərini Ukraynada vursa... - Kallas
20 May 2024 12:47 DünyaBəzi NATO ölkələri artıq Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə birbaşa Ukrayna ərazisində təlim keçir.
Olaylar xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kaya Kallas deyib.
"Qərb təlimatçıları Rusiyanın zərbələrindən xəsarət alsalar, bu, nizamnamənin 5-ci maddəsinin (kollektiv müdafiə haqqında) aktivləşməsinə səbəb olmayacaq", - o bildirib.
Qeyd edək ki, Kiyev rus qoşunlarının irəliləməsi fonunda alyansdan cəbhə xətti yaxınlığında yeni çağırışçılara təlim keçməkdə kömək istəyib. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31