Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi
20 May 2024 12:07 DünyaRusiya Prezidenti Vladimir Putin İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneiyə Prezident İbrahim Rəisinin həlak olması ilə bağlı başsağlığı verib.
Olaylar xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.
"O, Rusiyanın əsl dostu kimi ölkələrimiz arasında mehriban qonşuluq münasibətlərinin inkişafına əvəzsiz töhfələr verib, onların strateji tərəfdaşlıq səviyyəsinə çatdırılması üçün böyük səylər göstərib", - Rusiya dövlət başçısı vurğulayıb. (Axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31