Bütün İranın gözü Təbrizdədir: nazirlər də gəldi
20 May 2024 11:47 DünyaPrezident İbrahim Rəisi və onu müşayiət edən heyətin helikopter qəzasında ölməsindən sonra İranın hökumət heyətinin üzvləri Təbrizə toplaşıb.
Olaylar xəbər verir ki, bu barədə Təbrizin "Azərəncümən" nəşri məlumat yayıb.
Bildirilib ki, onlar Şərqi Azərbaycan əyalətinin valilik binasında yas mərasimi üçün toplaşıblar.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub. (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31