Rəsmi Tehran: İbrahim Rəisinin ölümü hökumətin fəaliyyətinə təsir etməyəcək
20 May 2024 10:01 Dünyaİran hökuməti Prezident İbrahim Rəisinin ölümünün Nazirlər Kabinetinin işinə təsir etməyəcəyini bəyan edib.
Olaylar xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31