İranda həlak olanların cəsədlərinin tanınması prosesinə başlanılıb
20 May 2024 09:43 Dünyaİran Prezidenti İbrahim Rəisinin bu ölkənin şimal-qərbində qəzaya uğraması nəticəsində həlak olanların cəsədlərinin şəxsiyyətinin müəyyən edilməsi proseduruna başlanılıb.
Olaylar.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Bildirilib ki, qəza yerində cəsədlərin tanınması istiqamətində işlər aparılır.
Xatırladaq ki, daha əvvəl İran Prezidenti İbrahim Rəisinin helikopterində olan bütün sərnişinlər və ekipaj üzvlərinin qəza nəticəsində həlak olduğu barədə məlumat verilmişdi. (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31