İran vitse-prezidenti hadisə yerinə yollandı
19 May 2024 20:16 Dünyaİranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi məlumat verib.
"İcra işləri üzrə vitse-prezident hökumətin bəzi üzvləri ilə birlikdə Təbrizə yollanıb", - deyə hökumət sözçüsü X şəbəkəsində yazıb.
Bundan əlavə, İranın səhiyyə nazirinin də hadisə yerinə getməsi barədə məlumat yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31