Putin Tokayevlə danışdı
18 May 2024 18:10 DünyaRusiya Prezidenti Vladimir Putin Qazaxıstan lideri Kasım-Jomart Tokayevlə telefonla danışıb və onu gecikmiş ad günü münasibətilə təbrik edib.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Rusiya-Qazaxıstan müttəfiqliyinin və strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsinə qarşılıqlı sadiqliklərini təsdiqləyiblər.
Putin həmçinin Tokayevə mayın 17-də başa çatan Çinə dövlət səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31