Alkoqol və sərvət: niyə varlı insanlar daha çox içirlər- ÖZƏL

Olaylar.az xəbər verir ki, aşağı gəlirli insanlar yüksək gəlirli insanlardan daha az spirtli içki qəbul edirlər.

Kvinslend Universitetinin (Avstraliya) alimlərinin apardığı yeni araşdırmaya görə, yüksək sosial-iqtisadi statuslu insanlar sosial- iqtisadi statusu aşağı olanlara nisbətən orta hesabla daha çox spirtli içki qəbul edirlər.

Alkoqol istehlakının gəlir, təhsil və status əsasında müxtəlif sosial qruplar arasında necə bölüşdürüldüyünü müəyyən etmək üçün alimlər Avstraliyada tullantı sularını təhlil etmək üçün xüsusi texnologiyadan istifadə ediblər.

Su nümunələri 2016-cı ildən 2023-cü ilə qədər toplanıb. Tədqiqatçıların fikrincə, tədqiqat əhalinin 50%-ni əhatə edib.

Nəticələr göstərdi ki, alkoqol istehlakının artması daha çox sosial-iqtisadi statusu yüksək olan, sakinlərin yüksək təhsil səviyyəsi və gəlirləri, eləcə də perspektivli iş yerləri olan regionlarda müşahidə olunur.

Alimlərin fikrincə, belə nəticələr bir sıra amillərlə izah oluna bilər: imkanlı insanlar üçün alkoqolun iqtisadi əlçatanlığı və onların spirtli içkilərin tez-tez istehlak edildiyi ictimai-mədəni tədbirlərdə (bayramlar, yığıncaqlar və banketlər) fəal iştirakı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31