KİV: Qəzzada atəşkəs danışıqları dayandırıldı
18 May 2024 10:21 Dünyaİsrail hökuməti ilə Fələstinin HƏMAS hərəkatı arasında danışıqlar dayandırılıb.
Olaylar xəbər verir ki, bu barədə İsrailin "Kan" dövlət teleradio şirkəti öz mənbələrinə istinadən məlumat verib.
Qeyd edilir ki, münaqişə iştirakçıları girovların azad edilməsi şərtləri barədə razılığa gələ bilmədikləri üçün məsləhətləşmələr dayandırılıb. "Mənbələr, tərəflər arasında fikir ayrılığının çox böyük olduğunu, xüsusən "müharibənin sonu" termini, eləcə də İsrailin HƏMAS-ın azad edilməsini istəyə biləcəyi terrorçuların adlarına veto qoymaq tələbi ilə bağlı olduğunu göstərib", - "Kan". (report)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31