İranda “Satanizm” əməliyyatı: 261 nəfər saxlanılıb- ÖZƏL

Olaylar.az xəbər verir ki, İranda kəşfiyyat bölmələri İran və xarici vətəndaşlardan ibarət satanist qrupa qarşı əməliyyat keçirib. Paltarlarında, başlarında, üzlərində və saçlarında satanizmin loqoları, işarələri və simvolları olan şəxslər tutulub.

İranda 3-ü Avropa vətəndaşı olmaqla 261 nəfər "satanizmi yaymaqda" ittiham edilərək saxlanılıb.

İranın rəsmi agentliyi İRNA-nın məlumatına görə, paytaxt Tehrandakı kəşfiyyat bölmələri iranlı və xarici üzvləri olan satanist qruplaşmaya qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı paltarlarında, başlarında, üzlərində və saçlarında satanizmin loqoları, işarələri və simvollarını daşıyan 146 kişi və 115 qadın saxlanılıb.

Saxlanılanlar arasında üç Avropa vətəndaşının olduğu bildirilsə də, onların milliyyəti göstərilməyib.

Əməliyyat zamanı sözügedən şəxslərə məxsus spirtli içkilər, psixotrop maddələr və 73 avtomobil götürülərək qanuni tədbir görülməsi üçün ədliyyə orqanlarına təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31