İsrail: Qəzzada 3 əsirin cəsədi tapılıb- ÖZƏL
17 May 2024 22:42 DünyaOlaylar.az xəbər verir ki, HƏMAS oktyabrın 7-də keçirilən "Əl-Əqsa tufanı əməliyyatı"nda 239 israillinin əsir götürüldüyünü açıqlayıb. İsrail rəsmilərinin bildirdiyinə görə, Qəzza zolağında bəziləri sağ, bəziləri isə ölü olmaqla 130-dan çox əsir var. Təl-Əviv bu gün oktyabrın 7-də öldürülən 3 israillinin cəsədinin tapıldığını açıqlayıb.
İsrail ordusu oktyabrın 7-də öldürülən və cəsədləri Qəzza zolağına aparılan 3 israillinin cəsədinin tapıldığını açıqlayıb.
Ordu sözçüsü Daniel Hagari mətbuat konfransında Qəzzada 3 israillinin cəsədinin tapıldığını bildirib.
Həcəri Qəzzada cəsədləri tapılan israillilərin adlarının Şani Louk, Amit Bouskila və İtzhak Gelerenter olduğunu bildirib.
Oktyabrın 7-də Louk, Bouskila və Gelerenterin öldürüldüyünü bildirən Həcəri, sözügedən israillilərin cəsədlərinin həmin gün Qəzzaya aparıldığını qeyd edib.
İsrailin baş naziri Benyamin Netanyahu sosial media hesabında paylaşdığı başsağlığı mesajında "Ölü və diri bütün girovlarımızı geri qaytaracağıq" deyib.