“Paşinyan istefaya hazırlaşmır”
17 May 2024 19:29 Dünya"Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verməyə hazırlaşmır".
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasının üzvü, parlamentin xarici əlaqələr komissiyasının rəhbəri Sarqis Xandanyan brifinqdə deyib.
O vurğulayıb ki, ölkədə növbəti parlament seçkiləri 2026-cı ildə keçiriləcək.
Onun sözlərinə görə, partiyası Paşinyanın istefası gündəliyi ilə Tavuş yeparxiyasının rəhbəri Baqrat Qalstanyanla görüşə bilməz.
Xatırladaq ki, Baqrat Qalstanyan mayın 9-da Ermənistanın Baş naziri Nikol Paşinyanı istefa verməyə çağırıb. Onun tələbi cavabsız qaldıqda, Qalstanyan itaətsizlik aksiyalarına start verildiyini açıqlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31