Zelenski Makronun təklifinə sərt cavab verdi
17 May 2024 15:55 DünyaUkrayna Prezidenti Vladimir Zelenski Fransa lideri Emmanuel Makronun irəli sürdüyü Olimpiya barışığı təşəbbüsünü "ölü tarix" adlandırıb.
Olaylar xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
O qeyd edib ki, hərbi əməliyyatlar çərçivəsində artıq atəşkəs olub, lakin bu, nəticə verməyib:
"Bundan əlavə, bir təhlükə var - atəşkəs zamanı onların qüvvələrinin bizə yaxınlaşmayacağını kim deyə bilər? Atəşkəs hərbi maşının yaxınlaşmasına və sonra hücuma keçməsinə mane olmur. Yəni detalları başa düşmürəm. Mənim üçün bu, hələ də ölü bir hekayə kimi səslənir". (Axar)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31