Husilər ABŞ-yə məxsus PUA-nı VURDU

Yəmənin "Ənsar Allah" hərəkatının hava hücumundan müdafiə qüvvələri ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatını (PUA) vurub.

Olaylar.az TASS-a istinadən xəbər verir ki, bu barədə husilərin hərbi nümayəndəsi Yəhya Saria məlumat verib.

"Yəmənin hava hücumundan müdafiə qüvvələri ötən gün axşam saatlarında ABŞ-yə məxsus "MQ-9" pilotsuz uçuş aparatını Marib əyaləti üzərində vurub", - o vurğulayıb. (Sfera)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31