Diri-diri basdırılan kişi 4 gün sonra sağ çıxarıldı
17 May 2024 13:20 DünyaDiri-diri basdırılan kişi 4 gün torpağın altında sağ qalıb.
Olaylar bildirir ki, ağlasığmaz hadisə Moldovada baş verib. Belə ki, Moldovada evdən 74 yaşlı qadının meyitini tapan polislər vəziyyətin şübhəli olduğunu gördükdə mənzildə axtarış ediblər. Bu zaman onlar qışqırıq səsi eşidiblər və həyətdə kişinin diri-diri basdırıldığını aşkarlayıblar.
4 gün sonra sağ halda tapılan kişinin torpaqdan çıxarılarkən şüuru özündə olub və sadəcə boynunda yüngül xəsarət alıb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (dailymail)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31