Rusiya və Çin birgə fundamental elmlər akademiyası yaradıblar - ÖZƏL
17 May 2024 12:14 DünyaRusiyanın Lomonosov adına Moskva Dövlət Universiteti və Çinin Pekin Universiteti Rusiya prezidentinin Çinə hazırkı dövlət səfəri ərəfəsində Çin-Rusiya Fundamental Elmlər Akademiyasının (SRAFS) yaradılması haqqında memorandum imzalayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Rusiya universitetinin mətbuat xidməti xəbər verir.
"Çin-Rusiya Fundamental Elmlər Akademiyası (SRAFS) Rusiya və Çində fundamental elmlər - riyaziyyat, fizika, kimya sahələrində ikitərəfli əməkdaşlıq platforması kimi yaradılır" - bildirilib.
"Təşəbbüs hər iki ölkənin elmi qurumlarına sıx əməkdaşlıq və dostluq vasitəsilə qüvvələrini birləşdirməyə imkan verəcək", - bəyanatda deyilir
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31