“Ukrayna Xarkovu bu halda itirə bilər”
16 May 2024 18:26 Dünya"Ukrayna 2 ədəd "Patriot" hava hücumundan müdafiə sistemini əldə etməzsə, Xarkovu itirə bilər".
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Amerikanın "ABC" telekanalına müsahibəsində deyib.
"Bizə 2 "Patriot" sistemi lazımdır. Biz onlara sahib olsaq, Rusiya Xarkova nəzarəti ələ keçirə bilməyəcək", - deyə Zelenski qeyd edib.
Onun sözlərinə görə, vəziyyət çox ciddidir: "Biz Xarkovu itirə bilmərik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31